Kardiologiya

Baş səhifə Baş səhifə

Kardiologiya

Şöbəmizdə ürək ritm pozğunluqları, ürək çatışmazlığı, damar tıxanıqlığı, hipertoniya və digər kardioloji xəstəliklərin müasir üsullarla müalicəsi təmin edilir.

Kardiologiya şöbəsində Exokardioqrafiya (EKO) vasitəsilə ürəyin strukturu və funksiyalarının görüntülənməsi həyata keçirilir ki, bu da ürəyin quruluşu və nasos funksiyalarının dəqiq qiymətləndirilməsi üçün vacibdir. Tredmill stress testi ürəyin yüklənmə zamanı reaksiyasını və funksional vəziyyətini qiymətləndirir, bu da ürək-damar sisteminin gücünü və potensial problemləri ortaya çıxarmağa kömək edir.

Bundan əlavə, Elektrokardioqrafiya (EKQ) ilə ürək ritmi və elektrik fəaliyyətini ölçmək mümkündür. Ürək ritminin uzunmüddətli monitorinqi üçün isə Holter müayinəsi aparılır, bu müayinə ürək ritmi və digər anormallıqları 24 saat ərzində qeydə alaraq daha dəqiq diaqnoz qoymağa imkan verir.

Hospitalımızın kardiologiya şöbəsi yüksək səviyyəli xidmət və müasir texnologiyalarla ürək-damar xəstəliklərinin dəqiq diaqnostikası və effektiv müalicəsini təmin edir.

Həkimlər