
Ümumi məlumat
Qayğı, Dəqiqlik, Peşəkarlıq bu Bizim Standartımızdır!
Hospitalımız 2024-cü ildə açılaraq, ən müasir standartlara uyğun olaraq fəaliyyətə başlamışdır. Ümumi sahəsi 2400 kvadratmetr olan və 3 mərtəbədən ibarət bu tibbi mərkəz, geniş profilli xidmətlər təqdim edir. Mərkəzimiz xəstəliklərin diaqnozu və müalicəsi üçün ən yeni texnologiyalarla təchiz edilmiş avadanlıqlara sahibdir.
Burada Radiologiya şöbəsi, kompüter tomoqrafiyası (KT) və rəqəmsal rentgen kimi qabaqcıl görüntüləmə sistemləri ilə təmin edilmişdir. Eyni zamanda, ən son cihazlarla təchiz olunmuş geniş laboratoriyamız da fəaliyyət göstərir ki, bu da xəstəliklərin erkən aşkarlanması və diaqnozun dəqiqliyi üçün vacibdir.
Hospitalda 24 saat xidmət göstərən stasionar şöbə, kritik xəstələr üçün tam avadanlıqlı reanimasiya və ən mürəkkəb əməliyyatları belə təhlükəsiz şəkildə həyata keçirməyə imkan verən əməliyyatxanalar mövcuddur. Mərkəzimizdə pasiyentlərə hər zaman yüksək keyfiyyətli tibbi xidmət, rahatlıq və təhlükəsizlik təmin edilir.
Hospitalımızda çalışan həkimlər dünyanın ən nüfuzlu ölkələrində, o cümlədən Türkiyə, Rusiya və Almaniyada ixtisaslaşmış, geniş təcrübəyə malik mütəxəssislərdir. Onlar həm ənənəvi, həm də innovativ müalicə metodlarını tətbiq edərək, xəstələrin sağlamlığı üçün ən yaxşı nəticələrə nail olmağa çalışırlar.
Bizim məqsədimiz xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərmək, onlara fərdi yanaşma təklif etmək və müasir avadanlıqlar vasitəsilə onların sağlamlığını qorumaqdır.