Haqqımızda
Qayğı, Dəqiqlik, Peşəkarlıq – bu Bizim Standartımızdır!
Hospitalımız geniş profilli tibbi xidmətlər göstərən, yüksək standartlara cavab verən müasir bir tibb müəssisəsidir. 2400 kvadratmetr sahəni əhatə edən və 3 mərtəbədən ibarət olan hospitalımız, pasiyentlərimizə komfortlu şəraitdə hərtərəfli tibbi xidmətlər təklif edir.
Tibb müəssisəmizdə hər biri öz sahəsində ixtisaslaşmış və böyük təcrübəyə malik peşəkar həkimlər çalışır. Ən son texnologiyalarla təchiz olunmuş müasir tibbi cihazlar vasitəsilə xəstəliklərin dəqiq diaqnozu və effektiv müalicəsi həyata keçirilir.
Hospitalda tam avadanlıqlı əməliyyatxanalar, 24 saat fəaliyyət göstərən stasionar xidmət, kritik vəziyyətdə olan xəstələr üçün tam təchiz edilmiş reanimasiya şöbəsi mövcuddur. Bununla yanaşı, xəstələrə yüksək keyfiyyətli tibbi xidmət və fərdi yanaşma təmin edilir.