Ümumi cərrahiyyə

Baş səhifə Baş səhifə

Ümumi cərrahiyyə

Ümumi cərrahiyyə şöbəsi geniş çeşidli cərrahi müdaxilələr həyata keçirərək, xəstələrin sağlamlığına xidmət edir. Burada qarın boşluğu, həzm sistemi, qalxanabənzər vəz, yumşaq toxumalar və dəri ilə bağlı müxtəlif xəstəliklərə cərrahi yolla müdaxilə olunur. Mədə-bağırsaq sistemi xəstəlikləri, öd kisəsi problemləri, fıtıq əməliyyatları, şişlərin çıxarılması və digər cərrahi prosedurlar müasir metodlarla və yüksək peşəkarlıqla aparılır.

Hospitalımız ən son texnologiyalarla təchiz edilmiş 3 tam avadanlıqlı əməliyyatxanaya malikdir. Bu əməliyyatxanalarda ən mürəkkəb cərrahi prosedurların belə təhlükəsiz və effektiv şəkildə həyata keçirilməsi üçün bütün şərait təmin edilmişdir. Cərrahiyyə komandamız hər bir xəstəyə fərdi yanaşma ilə müasir müalicə metodlarını tətbiq edir və əməliyyat sonrası reabilitasiya xidmətləri də təklif edir.

Həkimlər